İpoteka bankı

Mortgage bank Daşınmaz əmlakın girovu kimi uzunmüddətli ssudalar verən ixtisaslaşmış bank. Əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir: ssudalara görə dərəcələr borc alınan maliyyə vəziyyətindən asılıdır; borcun vaxtında qaytarılmaması əmlakın itirilməsinə səbəb olur; ipoteka krediti, ipotekaların yenidən satışı, müxtəlif texniki xidmətlərə ixtisaslaşan qeyri-depozit institutudur; investor tərəfindən yenidən satış üçün ipoteka mənbəyidir; daşınmaz əmlakın girovu ilə təmin olunan girov kağızı buraxır.
İnzibatçı (administrator)
İpoteka bazarı
OBASTAN VİKİ
İpoteka bankı
İpoteka bankı — ipoteka kreditinin verilməsi, ipoteka ilə təmin edilmiş qiymətli kağızların yenidən satışı və bu fəaliyyətlə bağlı xidmətlərin göstərilməsi ilə məşğul olan ixtisaslaşmış bank. İpoteka bankı ilk dəfə XIII əsrdə Qərbi Avropada yaranmışdır. Bu bank növü xüsusilə Almaniyada inkişaf etdirilmişdir, burada ilk ipoteka bankı 1770-ci ildə Sileziyada yaradılmışdır. Əsasən iri kommersiya təsərrüfatlarına maliyyə dəstəyi verən dövlət ipoteka bankı idi. Almaniyada banklar sənaye şirkətlərinə, daşınmaz əmlaka, eləcə də kənd istehsalçılarının ehtiyaclarına ipoteka kreditləri verirdi. Dünya müharibələri və sonrakı inflyasiya ipoteka banklarının inkişafına mənfi təsir göstərdi. Bu şərtlər daxilində ipoteka banklarının sayı azalıb. Əlverişli iqtisadi şərait dövründə onların sayı, əksinə, artdı. Fransada ipoteka bankları spesifik xarakter daşıyır. Bu bank növü yalnız 1960-1970-ci illərdə Fransada inkişaf etdirilmişdir.
İpoteka
İpoteka krediti — öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınan əşyaların girovudur. İpoteka qoyan ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir. İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil (ev) almağı planlaşdıran insanlar üçün lazımdır. İpoteka krediti mənzil (ev) almaq üçün kifayət qədər vəsait olmadıqda belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı yaradır. Azərbaycan banklarında ipoteka krediti üzrə aylıq ödənişlər ya aylıq annuitet, ya da əsas borcun bərabər hissələrlə bağlanması yolu ilə həyata keçirilir. Annuitet ödəniş ipoteka krediti üzrə elə ödəniş formasıdır ki, bu zaman aylıq ödənişin məbləği bütöv kredit müddəti ərzində dəyişilmədən, sabit qalır.
İpoteka krediti
İpoteka krediti – qədimdə borc verən borclunun torpağına, üzərində bu əmlakın, torpağın borc öhdəliyi olduğunu bildirən yazı olan sütun bərkidirdi. Bu sütun ipoteka adlanırdı. İpoteka və daşınmaz əmlakın girovu, demək olar ki, sinonim kimi götürülür və eyni məna kəsb edir. Dəqiq desək "ipoteka" termini daşınmaz əmlakın girovu, "ipoteka krediti" isə bu növ girovun təminatı ilə verilən borcdur. İpoteka kreditinin atributları dedikdə kredit müqaviləsi, girov müqaviləsi və girovnamə başa düşülür İpoteka krediti bazarında dörd subyekt fəaliyyət göstərir. Bunlardan hər biri müəyyən funksiyanı yerinə yetirir: 1. borcalan; 2.-kreditor-bank; 3. Investor 4. kommersiya banklarından ipoteka kreditinin alıcısı funksiyasını yerinə yetirən struktur. İpoteka kreditləri sərfəli kredit formasıdır.
Azərbaycan İpoteka Fondu
Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb. 16 sentyabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun yaradılması 22 dekabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun Əsasnaməsinin təsdiq edilməsi 1 mart 2006-cı il – İlk ipoteka kreditlərinin verilməsinə başlanılması 31 mart 2006-cı il – ilk ipoteka kreditinin verilməsi 16 may 2006-cı il — İlk yenidən maliyyələşdirmə əməliyyatının aparılması 16 iyun 2006-cı il — Regionda İlk ipoteka kreditinin verilməsi 20 noyabr 2006-cı il — İKZF-in kotirovka dərəcəsi 2% səviyyəsində təyin olunması 7 fevral 2007-ci il — 100-cü ipoteka kreditinin verilməsi 20 aprel 2007-ci il — İlk güzəştli ipoteka kreditinin verilməsi 4 may 2007-ci il — 1000-ci ipoteka kreditinin verilməsi 29 iyun 2007-ci il — İKZF-in Naxçıvan filialının rəsmi açılışı.
Depozit bankı
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Qida bankı
Qida bankı (ing. Food bank) — aclıqdan çətinlik qarşısını almaq üçün kifayət qədər ərzaq alınması olan insanlara qida paylayan xeyriyyəçi təşkilat. Amerika Birləşmiş Ştatları və Avstraliyada, qida bankları anbar kimi fəaliyyət göstərirlər. Dünyada ilk qida bankı, 1967-ci ildə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Standard model olan qida banklarında məhsullar qida talonları ilə verilir. 2014-cu ilin statistikasına görə, ABŞ-də hər 7 nəfərdən biri qida banklarından yardım almaq məcburiyyətindədir. 200 qida bankına sahib olan və ildə 17 milyonu uşaq olmaqla ümumilikdə 37 milyon insanı qidalandıran "Feeding America" adlı yardım təşkilatı problemin ABŞ diametrində olduğunu deyir. Ucuz və asan hazırlanan qida axtarışı, insanları pizza kimi qeyri-sağlam seçimlərə məcbur edərək, gələcəkdə piylənmə və digər sağlamlıq problemlərinə də yol açır. Bəzi bölgələrdə məktəblər "kürək çantası" deyilən bir layihə ilə ən yoxsul ailələrə həftə sonunda istehlak üçün cümə günündən qida paylanır. Avropada ilk qida bankı, 1984-ci ildə Fransada yaranmışdır.
Yaponiya bankı
Yaponiya bankı (yapon dilində: 日本銀行 Нихон гинко) — Yaponiyanın mərkəzi bankı. Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yaradılmışdır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə dəyişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura dövlətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəyyənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır. 1988-ci il 1 apreldə Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, bank Maliyyə nazirliyindən asılı deyildir. Yaponiya Bankı öz statusuna görə, inzibati orqan yox, səhmdar şirkətdir.
Zaqreb bankı
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
İnvestisiya bankı
İnvestisiya bankı (ing. Investment bank) — iri şirkətlərin və hökumətlərin qlobal maliyyə bazarlarında kapital toplamasını təşkil edən, eyni zamanda səhmlər və istiqrazlar, ticarəti sahəsində lider vasitəçi olmaqla, müəssisələrin alqı-satqısı, vasitəçilik xidmətləri göstərən bir maliyyə qurumu, valyutalar və əmtəələr, həmçinin fəaliyyət göstərdiyi bütün bazarlar barədə analitik hesabatlar verir. ABŞ bankları 1930-cu illərdə Böyük Depressiya səbəbiylə ticarət və investisiya banklarına ayrıldı. Lakin 1999-cu ildə Qlass — Stiqoll qanunu ləğv edildi və kommersiya banklarına yenidən investisiya bankçılığı ilə məşğul olmağa icazə verildi. Vəziyyət 2007-2009 böhranı ilə əlaqədar olaraq dəyişməyə başladı: İngiltərə və ABŞ daxil olmaqla bir çox ölkə investisiya bankçılığını kommersiya bankçılığından ayırmaq məsələlərini müzakirə edir. Tipik investisiya bankı aşağıdakı funksiyaları yerinə yetirir: Anderraytinq və qiymətli kağızlar ticarəti; Xüsusi və institusional investorlara broker xidmətləri təklif etmək; Birləşmə və satın almalar xidmətləri; Maliyyə analitikası və tədqiqatı; Müəyyən qiymətli kağız növləri üçün marketmeykerlər. İnkişaf etmiş maliyyə bazarı olan bir ölkədə fəaliyyət göstərən bir investisiya bankı üçün birləşmə və birləşmələr çox vaxt əsas gəlir sahəsinə çevrilir. Bir çox Rusiya müəssisəsi və maliyyə qrupu, birləşmə və birləşmələri həyata keçirmək üçün bir investisiya bankının xidmətlərinə ehtiyac olduqda hələ inkişaf səviyyəsinə çatmamışdır. Rus şəraitində birləşmə və satınalma çox vaxt böyük hissə blokları ilə əməliyyatlar kimi başa düşülür. Bununla birlikdə, ayrı-ayrı müəssisələrin alqı-satqısı, birləşmə və birləşmə ilə eyni deyil.
İngiltərə Bankı
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.
Estoniya Mərkəzi Bankı
Estoniya Mərkəzi Bankı (est. Eesti Pank, ing. Bank of Estonia) — Estoniyanın mərkəzi bankıdır, ölkənin iki pilləli bank sisteminin üst qatı, Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Estoniya Bankı Müvəqqəti Hökumətin bankın nizamnaməsini təsdiqlədiyi və xəzinədən 10 milyon marka bank hesabına köçürdüyü 1919-cu ildən bəri il dönümünü sayır. İlk əskinaslar 1921-ci ildə buraxılmışdır. 1940-cı ildə bank SSRİ Dövlət Bankının respublika idarəsinə çevrilir. Kronlardakı əmanətlər 1 kron = 8.10 rubl həqiqi alıcılıq qabiliyyəti ilə 1 kron = 1.25 rubl nisbətində Sovet rubluna dəyişdirilir. 1941-1944-cü illərdə bank Almaniya işğal orqanlarının nəzarəti altında olur. 1944-1990-cı illərdə SSRİ Dövlət Bankının respublika bankı kimi fəaliyyət göstərir. 1989 il: 15 dekabrda Estoniya Respublikasının Ali Şurası, 1919-cu ildə qurulan Estoniya Bankının hüquqi varisi olaraq 1 yanvar 1990-cı ildən Estoniya Bankının yenidən qurulmasını elan edir.
Fransa Mərkəzi Bankı
Fransa Mərkəzi Bankı (fr. Banque de France) — Fransa Respublikasının mərkəzi bankı.
Gürcüstan Milli Bankı
Gürcüstanın Milli Bankı (gürc. საქართველოს ეროვნული ბანკი) — Gürcüstanın mərkəzi bankı. Gürcüstanın Milli Bankı 1991-ci ildə SSRİ Dövlət Bankının Gürcüstan Respublika Bankı təməlində yaradılmışdır. Gürcüstanın Milli Bankı 1919-cu ildə təsis edilib və 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqil bir qurum kimi fəaliyyətə başlamışdır. Daha sonra Gürcüstanın Ali Şurasının qərarı ilə Gürcüstan Milli Bankı sovet maliyyə və kredit strukturuna əsasən yaradılmışdır. Rəsmi olaraq müstəqil Gürcüstan Mərkəzi Bankı 1991-ci ilin avqustunda qəbul edilmiş "Gürcüstan Respublikası Milli Bankı haqqında" qanuna əsasən yaradılmışdır. Bununla yanaşı, Mərkəzi Bankın pul siyasəti sahəsində fəaliyyətinin əsas aspektlərini müəyyən edən "Gürcüstan Respublikasında Pul Tənzimləmə haqqında" Qanun qəbul edilmişdir. Milli Bankın mövcud vəziyyəti Gürcüstan Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın 95-ci maddəsinə əsasən, Milli Bank öz fəaliyyətində müstəqildir. Milli Bankın hüquq və vəzifələri, fəaliyyətinin qaydası və müstəqilliyin təminatı, 23 iyun 1995-ci ildə Gürcüstan Parlamenti tərəfindən qəbul edilmiş "Milli Bank haqqında" Qanunla müəyyən edilir.
Gürcüstan Xalq Bankı
Azadlıq Bankı (gürc. ლიბერთი ბანკი, libert'i banki), əvvəllər Gürcüstan Xalq Bankı (gürc. საქართველოს სახალხო ბანკი , sak'art'velos sakhalkho banki), Gürcüstanda özəl bir bankdır, 2017-ci ilin iyun ayına olan vəziyyətə görə 5,6% bazar payı ilə ölkənin aktivləri arasında üçüncü yerdədir. Gürcüstanda ən böyük filial şəbəkəsinə malikdir. Liberty Bank, 1994-cü ildə özəlləşdirilən və 2002-ci ildə "Gürcüstan Xalq Bankı" olaraq adlandırılan dövlətə məxsus "AgroMretsvBank"-ın varisidir. Gürcüstan Xalq Bankı, Gürcüstanda ən böyük müştəri xidməti şəbəkəsinə sahib idi. Georq Qoquadzenin rəhbərliyi altında bank ölkə daxilində 210 filial açdı. Qoquadzenin strategiyası ölkə daxilində geniş əhatə dairəsi yaratmaq olduğundan, bank pensiya və digər sosial müavinətlərin verilməsi hüquqları üzrə dövlət tenderini qazana bildi. Qoquadzenin Xalq Bankında icra əməliyyatının son ili olan 2008-ci ilin sonunda bankın bütün Gürcüstan əhalisinin təxminən 30%-ni təmsil edən 1,5 milyon müştərisi vardı. 2009-cu ilin sentyabr ayında Gürcüstanın keçmiş Baş naziri Lado Qurqenidze və Rumıniya maqnatı Dinu Patriciunun yeni qurulan Liberty Investments Holding BV şirkəti tərəfindən səhmlərinin 91,2%-i satın alındı və bankın adı Liberty Bank olaraq dəyişdirildi.
Macarıstan Milli Bankı
Macarıstan Milli Bankı (mac. Magyar Nemzeti Bank (MNB) ― Macarıstanın mərkəzi bankı və Avropa Mərkəzi Banklar Sisteminin (ESCB) bir hissəsi. Macarıstan Milli Bankı 1924-cü ildə quruldu və Kral Macarıstan Dövlət Bankının yerinə keçdi. Macarıstan Milli Bankı beynəlxalq münasibətlərinə və beynəlxalq iqtisadi qurumların və maliyyə təşkilatlarının (AB, BVF, IƏİT, BHB) peşəkar forumlarında iştirakına xüsusi əhəmiyyət verir. Onun əsas məqsədi qiymət sabitliyidir, amma eyni zamanda o, milli valyuta olan forinti buraxmaq, dövriyyədəki pula nəzarət etmək, mərkəzi bankın təməl məzənnəsini təyin etmək, rəsmi valyuta məzənnələrini dərc etmək və valyuta məzənnəsinə təsir göstərmək üçün xarici valyuta ehtiyatlarını və qızılı idarə etmək məsuliyyətlərini daşıyır. Macarıstan Milli Bankının sədri Baş nazirin təklifi ilə Macarıstan Prezidenti tərəfindən altı illik müddətə təyin edilir. Macarıstan Milli Bankının ən vacib qərar qəbul edən orqanı Valyuta Şurasıdır. Binası Budapeşt şəhəri Belvaroş rayonunun Azadlıq meydanında, ABŞ səfirliyinin binası yanında yerləşir. MNB ortamüddətli məqsədli inflyasiya göstəricisini təxminən 3% civarında saxlayır. Bu Avropada qiymət sabitliyi üçün ümumi qəbul edilmiş inflyasiya səviyyəsindən bir qədər yüksəkdir və Macarıstanın Avropanın digər ölkələrinə çatmağa kömək etmək üçün istifadə olunur.
Mərkəzi Qan Bankı
B.Ə Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 1944-cü ildən fəaliyyətdədir. Hal-hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Respublikada qan xidməti üzrə baş müəssisə rolunu oynayan mürəkkəb tibbi istehsalat kompleksindən ibarətdir. İnstitut respublika əhalisinə yüksək səviyyəli ixtisaslaşdırılmış hematoloji yardımın göstərilməsi,qan və onun komponentlərinin hazırlanması və onların tibb müəssisələri arasında tələbata uyğun bölüşdürülməsi, transfuzion mühitlərin düzgün istifadə olunmasına nəzarət edir, eyni zamanda hematologiya və transfuzilogiya elminin inkişaf etdirilməsi və kadr hazırlanması işinə rəhbərlik edir. Hazırda ETHTİ-nin strukturu “Elm”, “Klinika” hissələrindən və “Mərkəzi Qan Bankı”ndan ibarətdir. İnstitutun “Elm” hissəsində hematologiya və transfuziologiya sahəsinin aktual problemlərinə həsr olunmuş elmi tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri Azərbaycanda və xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda nəşr edilir və institutun əməkdaşları müxtəlif ölkələrdə keçirilən möhəşəm elmi forumlarda iştirak edirlər. İnstitutda monoqrafiyalar,metodik vəsaitlər,klinik protokollar hazırlanır və dərc edilir. İnstitutun Mərkəzi Qan Bankı donor qanının tədarükü,işlənilməsi,yoxlanılması və paylanması məşqul olur. Mərkəzi Qan Bankının respublikada 8 bölgə bölməsi var (Şəki , Quba , Lənkəran , Şirvan, Mingəçevir, Sumqayıt, Bərdə, Gəncə). Hematoloji xəstələrə tibbi yardım aşağıdakı Dövlət proqramı çərçivəsində həyata keçirilir: “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət Proqramı” “2016 -2020–ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” “2017-2021 –ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramının”.
Nikaraqua Mərkəzi Bankı
Nikaraqua Mərkəzi Bankı (isp. Banco Central de Nicaragua) — Nikaraquanın mərkəzi bankı. Bank 1960-ci il tarixində qurulmuş və 1 yanvar 1961-ci il tarixində fəaliyyətə başlamışdır.
Portuqaliya Mərkəzi Bankı
Banco de Portugal Portuqaliyanın mərkəzi bankıdır. Bank 1846-cı ildə Portuqaliya kraliçası II Maria dövründə Portuqaliyada yaradılmış ilk bank olan Banco de Lisboa və Companhia Confiança Nacionalın birləşməsi ilə kral nizamnaməsi ilə formalaşmışdır. O, dünyanın ən qədim müntəzəm işləyən banklarından biridir və 100% dövlət nəzarətindədir. Avrosistem və Avropa Mərkəzi Bankının üzvüdür. Bankın sədri Karlos Kostadır.
Qazaxıstan Milli Bankı
Qazaxıstan Respublikasının Milli Bankı (qaz. Qazaqstan Respwblïkasınıñ Ulttıq Banki, translit. Kazakstan Respublikasının Ulttık Banki) — Qazaxıstan Respublikasının mərkəzi bankı və ali səviyyəli bank sistemi. Xüsusi qanuni statusa malik Qazaxıstan İnkişaf Bankı istisna olmaqla, Qazaxıstanda yerləşən digər bütün banklar aşağı səviyyəli bank sisteminə daxildirlər. Qazaxıstan Milli Bankı 1925-ci il 29 iyun tarixində təsis edilmişdir. Qazaxıstan Milli Bankı SSRİ Dövlət Bankının Qazaxıstan Respublika Bankının (1990-cı ildən Qazax SSR Dövlət Bankı, 1991-ci ildən Qazax SSR Milli Dövlət Bankı) təməlində təsis edilmişdir. 1990-cı ilin oktyabr ayında Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət suverenliyinin bəyan edilməsi barədə qanun qəbul etmişdir və bu qanun həmin ay qüvvəyə minmişdir. 1990-cı il 7 dekabr tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Soveti "Qazaxıstan SSR-də banklar və bank fəaliyyəti haqqında" qanun qəbul etmişdir. 20 iyun 1991-ci il tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Sovetinin "Qazaxıstan SSR Milli Bankının Nizamnaməsi haqqında" qətnamə qəbul etmişdir. Bu qətnamənin qüvvəyə minməsi nəticəsində Qazaxıstan Sovet Sosialist Respublikası Milli Dövlət Bankı respublikasının mülkü və mərkəzi bankına çevrilmişdir.
Qazaxıstan Mərkəzi Bankı
Qazaxıstan Respublikasının Milli Bankı (qaz. Qazaqstan Respwblïkasınıñ Ulttıq Banki, translit. Kazakstan Respublikasının Ulttık Banki) — Qazaxıstan Respublikasının mərkəzi bankı və ali səviyyəli bank sistemi. Xüsusi qanuni statusa malik Qazaxıstan İnkişaf Bankı istisna olmaqla, Qazaxıstanda yerləşən digər bütün banklar aşağı səviyyəli bank sisteminə daxildirlər. Qazaxıstan Milli Bankı 1925-ci il 29 iyun tarixində təsis edilmişdir. Qazaxıstan Milli Bankı SSRİ Dövlət Bankının Qazaxıstan Respublika Bankının (1990-cı ildən Qazax SSR Dövlət Bankı, 1991-ci ildən Qazax SSR Milli Dövlət Bankı) təməlində təsis edilmişdir. 1990-cı ilin oktyabr ayında Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət suverenliyinin bəyan edilməsi barədə qanun qəbul etmişdir və bu qanun həmin ay qüvvəyə minmişdir. 1990-cı il 7 dekabr tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Soveti "Qazaxıstan SSR-də banklar və bank fəaliyyəti haqqında" qanun qəbul etmişdir. 20 iyun 1991-ci il tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Sovetinin "Qazaxıstan SSR Milli Bankının Nizamnaməsi haqqında" qətnamə qəbul etmişdir. Bu qətnamənin qüvvəyə minməsi nəticəsində Qazaxıstan Sovet Sosialist Respublikası Milli Dövlət Bankı respublikasının mülkü və mərkəzi bankına çevrilmişdir.
Rusiya Mərkəzi Bankı
Rusiya Mərkəzi Bankı (rus. Центральный банк Российской Федерации) və ya qısaca Rusiya Bankı (rus. Банк России) — Rusiya Federasiyasının mərkəzi bankı. Əsas mərkəzi Moskva şəhərində yerləşir. Rəhbəri Elvira Nabiullinadır. Rusiya rublunun banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Rusiyadakı bütün banklardan üstündür. Rusiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Rusiya Federasiyasını beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir. Rusiya Mərkəzi Bankının əsası 1860-cı ildə qoyulmuşdur.
Türkiyə İş Bankı
Türkiyə İş Bankı A. Ş. (abr. İş bankı) — Türkiyədə ticarət və digər işləri həyata keçirən ən böyük özəl bank. 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövrü ərzində ilk beynəlxalq bankdır. 30 iyun 2014-cü ildə 219,6 milyard lira təşkil edir. "The banker" jurnalında bu bank 118-ci yeri tutur. 2014-cü ilin sentyabr ayından etibarən 25 xaricdə 1350 şöbəsi, 6000 bankkamatı və 24 min şəxsi işçisi vardır. İş bankının Rusiya İşbankı və Almaniyada İşbank AG adı ilə iki bankı vardır. 1924-cü ilin iyul ayında Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövründə ilk bank İş bankasıdır.
Yeni İnkişaf Bankı
Yeni İnkişaf Bank (YİB) (ing. BRICS Development Bank) — BRICS üzvü ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) tərəfindən qurulan beynəlxalq maliyyə təşkilatı, inkişaf bankı. Bankın məqsədi BRICS ölkələrində və inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. Bankın mərkəzi binası Şanxayda yerləşir. YİB-nın nizamnamə kapitalı 100 milyard ABŞ dollarıdır. Bankın ayrılmış kapitalı - 50 milyard ABŞ dolları (ödənilmiş kapital - 10 milyard ABŞ dolları və tələbə görə 40 milyard ABŞ kapitalı daxildir) Bankın yaradılması ilə bağlı siyasi qərar BRICS liderləri tərəfindən 27 mart 2013-cü il tarixində Durban şəhərində baş tutan 5. BRICS Sammitində verilmişdir . Təşkilatın yaradılmasının səbəblərindən biri də BRICS üzvlərinin dəfələrlə Dünya Bankını və BVF-ni bu təşkilatlarda ən vacib qərarlar qəbul edərkən BRICS ölkələrinin kifayət qədər səs ala bilməməsinə görə tənqid etmələri idi. Yeni İnkişaf Bankı haqqında müqavilə 15 iyul 2014-cü ildə Braziliyanın Fortaleza şəhərində keçirilmiş VI BRICS Sammitinin ilk günündə imzalanmışdır. Bu sənəd yeni üzvlərin qoşulması üçün açıqdır.

Значение слова в других словарях